Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatının 66-cı ildönümüdür.
İnterpress.az xəbər verir ki, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən Məhəmməd Əmin Rəsulzadəni sosial media hesabından paylaşdığı video ilə anıb.
Ərən “Twitter” hesabından etdiyi paylaşımda, “Bir dəfə yüksələn bayraq bir daha enməz”, – demişdi M. Əmin Rəsulzadə. Ruhu şad, məkanı cənnət olsun. Var olsun, daim olsun Türkiyə və Azərbaycan qardaşlığı!”, – deyə qeyd edib.
İnterpress.az