Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Şərqi və Cənub–Şərqi Asiya ölkələrində (Yaponiya, Cənubi Koreya, Tailand, Çin və İndoneziya) fəaliyyət göstərən diaspor təşkilatları rəhbərlərinin və fəallarının videokonfransı təşkil edilib.
Görüşdə 44 günlük Vətən müharibəsi ərzində və sonra Azərbaycan həqiqətlərinin Yaponiya, Cənubi Koreya, Tailand, Çin və İndoneziya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Bu ölkələrdə yaşayan həmvətənlərimizin Azərbaycan naminə bir araya gəlməsinin, diaspor işinə yaxından cəlb olunmasının, mütəşəkkil və sistemli şəkildə təşkilatlanmasının vacib olduğu vurğulanıb. Gələcək fəaliyyət perspektivləri və istiqamətləri müzakirə edilib, soydaşlarımızın qarşılaşdıqları problemlər nəzərə çatdırılıb.
Tədbirdə yeni diaspor təşkilatlarının yaradılması və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib.
İnterpress.az