Hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə ağır yaralanıb. Yayılan məlumatlara görə, polis əməkdaşları sənədləri yoxlamaq üçün postda “QAZel” avtomobillərindən birini saxlayıb. Bu zaman güclü partlayış baş verib.
RİA Novosti agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Dərbənddə baş vermiş partlayışın \”cənub qruplaşması\”nın döyüşçüləri tərəfindən təşkil edildiyi haqqında məlumat yayıb. Məlumatda terrorçu-kamikadzenin avtomobilin sükanı arxasında olduğu və özünü partlatdığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az hadisədən bir neçə dəqiqə sonra çəkilmiş görüntüləri təqdim edir:https://youtube.com/watch?v=kJHdm6cUUZE