Azərbaycan və Hindistan arasında nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
İnterpress.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Hindistanın ticarət və sənaye üzrə dövlət naziri Anupriya Patel ilə ölkələrimizin iqtisadi əlaqələrinin mövcud vəziyyəti, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.