Əgər xatırlayırsınızsa, büro rəhbərinin ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbiyə verdiyi sual dünyanın hər tərəfindən bu konfransa qatılan jurnalistlərin gülüşünə səbəb olmuşdu.Belə ki, Qənirə Ataşovanın sualı Kirbi tərəfindən dil qüsurlarına görə başa düşülməmişdi. Sözçü jurnalistə sualını ikinci dəfə izah etməyə şərait yaratsa da, o, bunu yenə bacarmadığı üçün zaldakıların gülüşünə səbəb olmuşdu.
İnterpress.az-ın verdiyi xəbərə görə, bu günlərdə eyni xoşagəlməz olay ikinci dəfə yaşanıb.
Belə ki, bu dəfə ABŞ prezidenti Barak Obamaya sual verməyə çalışan Qənirə Ataşova fikirini ingiliscə çox bərbad şəkildə ifadə etdiyi üçün Barak Obamanı da \”heyran\” edib.
İnterpress.az