“Eldəniz Quliyevlə bağlı iş Avropa Məhkəməsinə göndərilib”backend

“Eldəniz Quliyevlə bağlı iş Avropa Məhkəməsinə göndərilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, şair Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsinin sədri Eldəniz Quliyevlə bağlı iş Avropa Məhkəməsinə göndərilib.
Bu barədə E.Quliyevin vəkili Elçin S adıqov məlumat verib. E.Sadıqovun sözlərinə görə, bundan sonra məsələ Avropa Məhkəməsində araşdırılacaq:
“Artıq E.Quliyevlə bağlı məsələ Avropa Məhkəməsi tərəfindən araşdırılacaq və son sözü də bu qurum deyəcək. Əgər müraciətimiz prioritet qaydada araşdırılsa, o zaman məsələ ilə bağlı Avropa Məhkəməsinin qərarı gözlənildiyindən də tez ola bilər”.
Məlumat üçün qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin 2014-cü il 30 oktyabr tarixli hökmü ilə ona kəsilən ictimai işlər cəzasını sona qədər çəkib ki, bu da qanunvericiliyin tələblərinə ziddir.
Belə ki, bu ilin 20 aprel tarixində E.Quliyevin 63 yaşı tamam olub. Ölkə qanunvericiliyinə əsasən isə yaşı 63 olan şəxslər barəsində ictimai işlər cəzası tətbiq oluna bilməz. Lakin buna baxmayaraq, məhkəmə icraçıları E.Quliyevi ictimai işlər cəzasını sona qədər çəkməyə vadar edib. Dekabrın 16-da keçirilən məhkəmə prosesində E.Quliyevin məhz bu ədalətsizliyə hüquqi qiymət verilməsi tələbi araşdırılmalı idi. Lakin Ali Məhkəmənin Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlaması E.Quliyevi Avropa Məhkəməsinə üz tutmaq məcburiyyəti qarşısında qoyub. (moderator.az)

İnterpress.az