Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, bu gün gecə saatlarından vestibüldə təmir işlərinə başlanacaq: \”Bununla bağlı hazırda stansiyanın təmir aparılacaq vestibülündə təhlükəsizlik tədbirlərinə başlanıb, ərazidə təhlükəsizlik hasarları çəkilib. Gecə saat 12-də vestibül tam bağlanacaq və sabahdan etibarən təmir işlərinə başlanacaq. Vestübülün bağlanmasına səbəb oradakı 3 eskalatorun istismar müddətini başa vurmasıdır. Buna görə də həmin vestibüldəki hər 3 eskalator söküləcək və yeni, müasir eskalatorlarla əvəzlənəcək. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir ediləcək. Təmir işlərinin təxminən 6 ay çəkəcəyi gözlənilir\”.
N.Paşayev bildirib ki, təmir müddətində sərnişinlər stansiyanın ikinci vestibülündən, yəni ikinci çıxışından giriş-çıxış kimi istifadə edəcəklər.
İnterpress.az