Almaniya istehsalı olan minlərlə avtomobilin ABŞ-a girişi qadağan edilibbackend

Almaniya istehsalı olan minlərlə avtomobilin ABŞ-a girişi qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da gömrükçülər “Volkswagen” qrupuna aid minlərlə avtomobili ələ keçirərək ölkəyə buraxmayıblar.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Buna icazə verilməməsinə səbəb avtomobillərin bir hissəsinin Uyğur Muxtar Vilayətində istehsal olunmasıdır.

Financial Times-da çıxan xəbərə görə yüzlərlə Audi, Porsche və Bentley markalı avtomobillər ölkəyə girişi qadağan edilən avtomobillər arasındadır.

Bütün bu lüks avtomobil markaları Volkswagen çətiri altında istehsal olunur.

Gömrük işçilərinin Almaniya istehsalı olan avtomobillərin ölkəyə buraxılmamasına səbəb avtomobillərin bir hissəsinin Çinin Uyğur Muxtar Bölgəsində istehsal olunmasıdır.

Parçanın məcburi əmək qanunlarını pozduğunu qiymətləndirən ABŞ səlahiyyətlilərinin bu səbəbdən ölkəyə girişə icazə vermədiyi bildirilib.

Məsələ ilə bağlı qəzetə danışan mənbələr, Volkswagen-in hadisə ilə əlaqədar planlaşdırılan tədarükləri təxirə saldığını və bütün avtomobillərdə sözügedən hissənin dəyişdirilməsi üçün çalışdığını bildirib.

Qəzet yazıb ki, bir çox avtomobillərdə ehtiyat hissələri dəyişdiriləcəyi üçün proses martın sonuna qədər uzana bilər.