Qazaxıstan bu gecə vahid saat qurşağına keçirbackend

Qazaxıstan bu gecə vahid saat qurşağına keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda indiyə qədər istifadə edilmiş iki ayrı saat qurşağının əvəzinə bu gecədən etibarən vahid vaxt qurşağı (UTC+5) tətbiq ediləcək.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Qazaxıstan hökumətinin qəbul etdiyi qərara əsasən, fevralın 29-dan martın 1-nə keçən gecə ölkənin qərb bölgəsi istisna olmaqla, bütün rayonlarında şəhərlərdə saatlar bir saat geri çəkiləcək. Beləliklə, ölkə tamamilə qərb hissəsində istifadə olunan UTC + 5 saat qurşağına daxil ediləcək.

Vətəndaşların mobil telefonlarına saat qurşağının dəyişdirilməsi ilə bağlı məlumat mesajları göndərilib.

Təyyarə və qatarların hərəkət cədvəli ilə bağlı təcili xətt yaradılıb. Banklar mobil tətbiqlərdə bəzi xidmətlərə girişdə məhdudiyyətlərin ola biləcəyini açıqlayıb.

Keçən il Qazaxıstan hökuməti ölkənin qərb hissəsində UTC-dən (Əlaqələndirilmiş Ümumdünya Saatı) 5 saat (UTC+5) və UTC-dən (UTC+6) 6 saat qabaqda olan vaxt qurşağından istifadə edildiyini elan etdi. insanlarda bir çox xəstəliklərə səbəb olan digər bölgələrdə də istifadə edildiyini bildirərək, ölkəni vahid saat qurşağına keçirmək qərarına gəlib.