“Araz-Naxçıvan”ın futbolçusu Aksel Nqandonun durumuna aydınlıq gəlib.
Premyer Liqa klubunun mətbuat xidmətindən verilən məlumata görə, XXV turda “Sabah”la keçirilən oyunda zədələnən fransalı müdafiəçinin vəziyyəti ağır deyil.
Komandasının 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmanın 27-ci dəqiqəsində əvəzlənən 30 yaşlı orta sahə oyunçusunda budun arxa əzələsinin gərilməsi aşkarlanıb. Nqando martın 5-dən fərdi məşqlər edəcək. Onun “Turan Tovuz”a qarşı keçiriləcək növbəti turun matçında iştirakı sual altındadır.
Qeyd edək ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu martın 10-da baş tutacaq. Naxçıvan təmsilçisi hazırda 31 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.