“Bakcell” MMC vətəndaş Kərimov Qasım Məmməd oğlunu məhkəməyə verib.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, MMC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələrə görə məhkəməyə tələb irəli sürüb.
İddia hakim Ülkər Həsənovanın icraatına verilib.
Məhkəmənin vaxtı hələlik təyin edilməyib