“Sülhə nail olmaq üçün ordunu gücləndirmək lazımdır” – Koçaryanbackend

“Sülhə nail olmaq üçün ordunu gücləndirmək lazımdır” – Koçaryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülhə nail olmaq üçün Ermənistan Silahlı Qüvvələrinin imkanlarını genişləndirmək lazımdır”.

İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bunu aprelin 9-da parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədri, Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Andranik Koçaryan jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, “sülhə nail olmaq üçün biz Ermənistan Silahlı Qüvvələrinin imkanlarını hər gün genişləndirməliyik”.

Koçaryan əmin edib ki, hər şey sülh gündəliyinin həyata keçirilməsinə yönəldiləcək.

Deputatın fikrincə, atışma sonda dayandırılmalıdır və bunun üçün hələ çox var. Çünki sülhə nail olmaq müharibə aparmaqdan qat-qat çətindir.

“Bir çox hallarda müharibə sülhə nail olmaq üçün aparılır. Amma bütün müharibələr gec-tez bitir”, – deyə Koçaryan qeyd edib.

O, əmin olduğunu bildirib ki, əgər baş nazir Əskipara sakinləri ilə görüşəcəyini vəd edibsə, bundan imtina edə bilməz.

Deputat Paşinyanın çox məşğul olduğunun nəzərə alınmasını istəyib.

Qeyd edək ki, Paşinyan 10 gün ərzində görüş keçirəcəyini vəd etsə də, 15 gündən çox vaxt keçib və hələ də görüş baş tutmayıb.

Xuraman Etibarlı

İnterpress.az