Rusiya paytaxtında miqrantlara qarşı reyd keçirilib.
İnterpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qeyri-qanuni miqrasiyaya qarşı miqyaslı reyd zamanı 6 mindən çox qanun pozuntusu aşkar edilib. Nəticədə 836 xarici vətəndaşın Rusiya Federasiyasının ölkədən deportasiya olunması barədə qərar verilib.