Hindistan İranı “MSC Aries”də əsir götürülmüş 17 hindistanlı girovu azad etməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Cayşankar X (Twitter) hesabında məlumat verib. Məlumatda bildirilir ki, aprelin 14-də İran və Hindistanın xarici işlər nazirləri Abdullahian və Cayşankar arasında telefon danışığı olub.
Cayşankar aprelin 13-də Hörmüz boğazı yaxınlığında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən ələ keçirilən MSC Aries-in 17 hindistanlı girovunun azad edilməsinə çağırıb.
Nazirlər regiondakı vəziyyəti müzakirə ediblər və gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar.
Xuraman Etibarlı
İnterpress.az