Azərbaycanda kimya məhsullarının istehsalı 17%-dək artıb – Cədvəlbackend

Azərbaycanda kimya məhsullarının istehsalı 17%-dək artıb – Cədvəl

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 537,9 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən  “APA-Economics”ə istinadən İnterpress.az bildirir ki , əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 26,2%, kimya sənayesi məhsullarının istehsalı 16,7%, əczaçılıq məhsullarının istehsalı isə 0,9” artıb.

Məlumata görə, kimya sənayesi məhsullarından metanol 91,5%, karbamid 68,2%, yapışqan və yapışdırıcı maddələr 20,7%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3,4 dəfə, polietilendən kisə və çantalar istehsalı 63,6%, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 61,8%, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 7,7% artmışdır.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:

 

 

Məhsul növləri

2024-cü ilin yanvar-mart aylarında istehsal edilmişdir Əvvəlki ilin müvafiq dövrünə nisbətən,

faizlə

01.04.2024-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları
Təsirsiz qazlar, min kub metr 10815,2 85,7 118,5
ondan:      
azot, min kub metr 5903,8 103,1 115,0
Lak-boya məmulatları, ton 5239,4 92,8 490,6
Qeyri-üzvi kimyəvi maddələr, min ton  

8760,0

 

116,0

 

6770,0

ondan:      
yod, ton 48,7 99,0 10.9
Üzvi kimyəvi maddələr, min ton 266,9 124,7 41,1
ondan:      
etilen, min ton 42,9 90,7 0,3
propen (propilen), min ton 40,5 93,3 0,4
metanol (metil spirti), min ton 144,2 191,5 31,8
Etil spirti, min dkl – – 20,7
Gübrə və azot birləşmələri, min ton  

167,1

 

168,3

 

44,7

ondan:      
karbamid, min ton 167,0 168,2 44,7
İlkin formada plastik kütlə, min ton  

82,1

 

92,2

 

34,1

ondan:      
polietilen, min ton 41,1 86,7 22,6
Yapışqan və yapışdırıcı maddələr, min ton  

25,1

 

120,7

 

7,5