“İrana nüvə zərbəsi endirmək lazımdır”.
İnterpress.az xəbər verir ki, bunu Fransanın keçmiş baş naziri Manuel Valls deyib.
Valls hesab edir ki, belə bir addım bütün diplomatik vasitələr tükəndikdən və Tehranın öz atom bombasına malik olmamışdan əvvəl atılmalıdır.
“Biz vura biləcəyimiz ideyanı birləşdirməliyik. İndi biz həmişəkindən daha çox strateji maraqlar və narahatlıqlar haqqında düşünməliyik”, – Valls bildirib.
Onun sözlərinə görə, Paris müharibəyə cəlb olunmağa hazır olmalıdır.
Fransa hazırda Avropa İttifaqında nüvə silahına malik yeganə ölkədir və onların sayına görə dünyada üçüncü yerdədir.
Xuraman Etibarlı
İnterpress.az