Asiya Çempionlar Liqasının yarımfinal oyunu daşqın səbəbindən təxirə salınıbbackend

Asiya Çempionlar Liqasının yarımfinal oyunu daşqın səbəbindən təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Asiya Çempionlar Liqasının yarımfinal mərhələsinin “Əl-Əyn” (Birləşmiş Ərəb Əmirlikləri) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) oyunu təxirə salınıb.

İnterpress.az xəbər verir ki, buna səbəb Dubayda daşqının baş verməsi olub.

Güclü yağış şəhərdə daşqınlara yol açıb. Bunu nəzərə alan Asiya Futbol Konfederasiyası qarşılaşmanın aprelin 17-nə təxirə salınmasını qərara alıb.

Yarımfinalın digər cütündə isə Cənubi Koreyanın “Ulsan” və Yaponiyanın “Yokohama” komandaları üz-üzə gələcəklər.