“iran İsrailin cavabına hazırdır”.
İnterpress.az İran xəbər agentliyi “Tasnim”ə istinadla xəbər verir ki, bunu İran Ordusu Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidi deyib.
“Su-24 də daxil olmaqla, bütün qırıcılarımız sionist rejimin istənilən əməliyyatına hazırdır.
İran Silahlı Qüvvələrinin genişmiqyaslı hücumu ilə üzləşməmək üçün düşmənə heç nə etməməyi tövsiyə edirik”, – Vahidi bildirib.
Vahidinin qeyd edib ki, “hazırda Su-24 bombardmançılarının döyüş hazırlığı səviyyəsi həmişəkindən yüksəkdir”.
“Hazırda Su-24 bombardmançılarının döyüş hazırlığı səviyyəsi həmişəkindən yüksəkdir və düşmən strateji səhv etmək istəsə, İran kompensasiyası mümkün olmayan zərbə vuracaq”, – Vahidi hədələyib.
Xuraman Etibarlı
İnterpress.az