İran G7 ölkələrini QINADIbackend

İran G7 ölkələrini QINADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran G7 ölkələrini qınayıb.

İnterpress.az xəbər verir ki, bu barədə İranın Romadakı səfirliyi G7-yə üzv ölkələrin xarici işlər nazirlərinin Yaxın Şərqdəki son hadisələrlə bağlı iclası ərəfəsində bildirib.

“Bir tərəfdən İranla bağlı qeyri-konstruktiv qərarların qəbulu, bir tərəfdən susqunluq və İsrail rejiminin beynəlxalq hüququ pozan hərəkətlərinə qarşı Qərb dövlətlərinin məsuliyyətsiz müşayiəti digər tərəfdən bu rejimi öz çirkin oyunlarını və avantüralarını davam etdirməyə sövq edir. Və nəticədə regionda və dünyada gərginliyin artmasına səbəb olur”, – İran rəsmisi deyib.

Qeyd edək ki, G7 və ya Böyük Yeddilik Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.

Xuraman Etibarlı

İnterpress.az