G7 ölkələri İranı HƏMAS-a dəstəyi dayandırmağa ÇAĞIRDIbackend

G7 ölkələri İranı HƏMAS-a dəstəyi dayandırmağa ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G7 ölkələri İranı Fələstin HƏMAS hərəkatına dəstəyi dayandırmağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər idarələrinin rəhbərlərinin Yaxın Şərqdəki vəziyyətlə bağlı bəyanatında deyilir.

Yeddilik Qrupuna (G7) üzv ölkələr İranı Fələstinin radikal HƏMAS hərəkatına dəstəyi dayandırmağa və sabitliyi pozan hərəkətləri dayandırmağa çağırıb.

“Biz İranı HƏMAS-a dəstək verməkdən və Yaxın Şərqdə vəziyyəti, regionda sabitliyi pozan əlavə tədbirlərdən, o cümlədən Livan Hizbullahına dəstək verməkdən çəkinməyə çağırırıq”, – ölkələrin xarici işlər nazirləri G7-i sənəddə qeyd ediblər.

G7-yə üzv ölkələr İrandan və Yaxın Şərqdəki “əlaqəli qruplardan” hücumları dayandırmağı tələb edib və Tehrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını təsdiqləyiblər.

Bəyanatda deyilir: “Biz İran hökumətini pis niyyətli, sabitliyi pozan hərəkətlərinə görə cavabdehliyə cəlb edəcəyik. İndi və sabitliyi pozan təşəbbüslərə cavab olaraq əlavə sanksiyalar tətbiq etməyə və ya başqa tədbirlər görməyə hazırıq”.

Xuraman Etibarlı

İnterpress.az