İran İsrailin hava hücumlarından sonra Suriyadakı qruplaşmaları arasında “satqınlar” axtarır.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Səudiyyə telekanalı Əl Ərəbiyyə yayıb.
İran zabitləri Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində onlara sadiq silahlı qrupların nümayəndələri ilə gizli görüş keçirib. Orada İranyönlü əfqan “zabitlər” və “Haşd əş-Şaabi”nin yüksək rütbəli üzvləri olub.
İsrailin İran komandirlərinə qarşı son əməliyyatlarından sonra öz sıralarında olan agent və casuslar haqqında məlumat verənlərə pul mükafatı təklif edilib.
Xatırladaq ki, 25 dekabr 2023-cü ildə İsrailin Suriyaya endirdiyi aviazərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş müşaviri Səid Rza Musəvi öldürülüb.
Bu il aprelin 1-də İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbələr nəticəsində SEPAH-ın Suriya və Livandakı Sepah-e-Qods xüsusi təyinatlılarının komandanı Məhəmməd Rza Zahedi də zərərsizləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az