Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.
İnterpress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
Ölkəmizin dənizdə təsdiq edilmiş külək enerjisi potensialının 157 qiqavat həcmində olduğunu söyləyən dövlətimizin başçısı bildirib ki, bu, bizim potensialımızın göstəricisidir.