“Gümrüdəki din xadimləri Ermənistan hakimiyyəti üçün ciddi təhlükədir” – Joxovurdbackend

“Gümrüdəki din xadimləri Ermənistan hakimiyyəti üçün ciddi təhlükədir” – Joxovurd

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın hakim partiyası Gümrüdəki din xadimlərini ciddi təhlükə hesab edir.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Gümrüyə səfər edib.

Qəzeti yazır ki, Gümrüyə səfərin gizli siyasi məqsədi var.

Qeyd olunur ki, son günlər orada müntəzəm etiraz aksiyaları və yolların bağlanması nəzərə alınmaqla, şəhər sakinlərinin Paşinyan hökumətindən narazılığı getdikcə dərinləşir.

Ermənistanın hakim partiyasının üzvləri Gümrüdə ehtirasların qızışmasından və vəziyyətin nəzarətdən çıxa biləcəyindən ehtiyat edirlər.

“Şirak yeparxiyasının rəhbəri Mikael Acapaxyan onlar üçün ciddi təhlükə” hesab olunur”, – nəşr yazıb.

Mənbənin sözlərinə görə, Akopyanın səfəri ictimai əhval-ruhiyyəni sınamaq, həmçinin qohumu, Gümrü merinin keçmiş müavini vasitəsilə hakim partiya üçün bəzi məsələləri həll etmək məqsədi daşıyıb.

Xuraman Etibarlı

İnterpress.az