Ukrayna Təhlükəsizlik Xidməti dronlarla Rusiyanın Krasnodar diyarında yerləşən “Kuşevsk” hərbi aerodromuna və iki neftayırma zavoduna hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə “İnsayder” kanalı məlumat yayıb.
Bildirilib ki, “Kuşevsk” aerodromunda onlarla hərbi təyyarə, radiolokasiya stansiyası və radioelektron mübarizə avadanlığı yerləşib.
Məlumata görə, İlsk və Slavyansk neftayırma zavodları əsas texnoloji obyektlərdən sayılır.
Vurğulanıb ki, dronlar aerodroma və zavodlar düşdükdən sonra orada yanğın başlayıb, əməkdaşlar təxliyə edilib.