Rusiya Ukraynanın “Naftoqaz” şirkətinə məxsus infrastruktur obyektlərinə zərbələr endirib.
İnterpress.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə “Naftoqaz” məlumat yayıb.
“Bu gün səhər saatlarında düşmən “Naftoqaz” Qrupunun qaz infrastruktur obyektlərinə növbəti dəfə hücum edib”, – məlumatda qeyd olunub.
Amma infrastruktur obyektlərinin yeri və dəymiş ziyanın həcmi barədə məlumat verilməyib.