Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
“Aparılan sorğular və qrup araşdırmaları göstərdi ki, Rişinin etdiyi heç bir şeyin əhəmiyyəti yoxdur. Söhbət siyasətdən yox, insandan gedir. O, insanların sadəcə xoşuna gəlmir”, – parlamentarilərdən biri deyib.
Qeyd edək ki, bundan əvvəl “The Telegraph” Britaniyanın hazırkı Baş nazirinin Mühafizəkarlar Partiyasının qarşıdakı seçkilərdə ağır məğlubiyyətə uğrayacağını bildirib. On dörd min nəfərin iştirak etdiyi araşdırma mühafizəkarların parlamentdə yalnız 169 yer tutacağını, müxalif Leyboristlər Partiyasının 385 yer qazanacağını təxmin edir.
Məqalədə qeyd olunur ki, belə bir nəticə hakim partiyaya 1906-cı ildən dəstəyin ən böyük azlığını nümayiş etdirəcək.