İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana səfər edəcək.
İnterpress.az xəbər verir ki, o, mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq.
“Mən bu həftə keçiriləcək regional sammitdə iştirak etmək üçün tezliklə Azərbaycan Respublikasının paytaxtı Bakıya səfər edəcəyəm”, – nazir bildirib.
Məhəmməd Mehdi İsmaili səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə müxtəlif görüşlər keçirməklə yanaşı, qarşılıqlı mədəni əlaqə və əməkdaşlıq səviyyəsini artırmağa çalışacaqlarını da söyləyib.