“Ermənistan Britaniya ilə sıx əlaqə qurmaq üçün lobbiçilər axtarır” – Fransa kəşfiyyatıbackend

“Ermənistan Britaniya ilə sıx əlaqə qurmaq üçün lobbiçilər axtarır” – Fransa kəşfiyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Britaniya ilə sıx əlaqələr qurmaq üçün lobbiçilər axtarır.

İnterpress.az xəbər verir ki, Fransa xüsusi xidmət orqanlarının ruporu olan “Intelligence Online” məlumat yayıb.

Nəşr yazır ki, Ermənistan Britaniya ilə münasibətləri gücləndirmək üçün Britaniyanın “Sanctuary Counsel” şirkətinin xidmətlərindən istifadə edib.

Qeyd olunur ki, şirkətin işlərini Böyük Britaniyanın keçmiş baş naziri (indiki Böyük Britaniyanın xarici işlər naziri) Devid Kemeronun müdafiə müşaviri olmuş Riçard Dannat idarə edir.

Dannat hazırda Ermənistana Londonla daha sıx əlaqələr qurmağı məsləhət görür.

“Sanctuary Counsel” böyük ictimai əlaqələr və reputasiya məsləhətçilərindən ibarət müstəqil bir şirkətdir.

Xuraman Etibarlı

İnterpress.az