Baş nazirin həyat yoldaşı korrupsiyada şübhəli bilinirbackend

Baş nazirin həyat yoldaşı korrupsiyada şübhəli bilinir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın baş naziri Pedro Sançes həyat yoldaşı Beqonya Qomezin korrupsiya ittihamı ilə istintaq altında olmasına baxmayaraq istefa verməmək qərarına gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə İspaniya hökumətinin başçısı sakinlərə televiziya ilə müraciətində bildirib.

“Mən İspaniya hökumətinin başında daha da canfəşanlıqla işləməyə davam etmək qərarına gəldim”, – deyə o,  ifadə edib.

Aprelin 27-də Madriddə hazırkı baş nazirin istefa verməməsi tələbi ilə 12 min nəfərlik mitinq keçirilib. Baş nazirin müavini Maria Jesus Montero da daxil olmaqla, bir sıra İspaniya siyasətçiləri də iştirak edib.

Aprelin 24-də Madrid məhkəməsi Qomezlə bağlı rəsmi istintaqa başlayıb. O, bizneslə məşğul olmaqda “korrupsiya və əlaqələrdə iştirakda” şübhəli bilinir. “La Gaceta” qəzetinin yazdığına görə, İspaniyanın baş nazirinin həyat yoldaşı Madridin Complutense Universitetində magistr dərəcəsi almaq üçün saxta sənədlər hazırlayıb.