Türkiyə prezidenti Ərdoğanın ABŞ səfərinin təxirə salınması ilə Vaşinqtonun heç bir əlaqəsi yoxdur.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə hökumətinə yaxın jurnalist Hande Fırat öz mənbələrinə istinadən məlumat verib.
O qeyd edib ki, HƏMAS rəhbərliyi ilə Türkiyə hakimiyyətinin nümayəndələri arasında görüş ABŞ üçün problem deyil, “əksinə, açıq ünsiyyət kanallarının saxlanması baxımından müsbət hesab olunur”.
Aprelin 28-də Türkiyənin T24 xəbər saytı bildirib ki, Ankaranın Şimali İraqda planlaşdırdığı hərbi əməliyyatla bağlı fikir ayrılıqları və Türkiyə tərəfinin iqtisadi gözləntiləri Ərdoğanın səfərinin guya pozulması ola bilər.
Aprelin 26-da “Haber Global” telekanalı amerikalı rəsmiyə istinadən səfərin ləğv edildiyini açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az