Qüdsdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilir.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı İsrail KİV-i yayıb.
Bildirilib ki, görüşdən sonra onların iştirakı ilə İsrail və ABŞ nümayəndə heyətinin genişləndirilmiş tərkibdə iclası olacaq.
Məlumata görə, iclasda İsrail tərəfdən strateji işlər naziri, Baş Qərargahın rəisi, Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə idarəsinin rəisi, baş nazirin fəaliyyətdə olan hərbi katibi və baş nazirin təyin olunmuş hərbi katibi, siyasi məsləhətçi, İsrailin ABŞ-dəki səfiri, Amerika tərəfdən isə ABŞ-nin İsraildəki səfiri, dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi və Yaxın Şərqdə humanitar məsələlər üzrə xüsusi nümayəndə iştirak edəcək.