Ukraynanın Lvov vilayətinin Zoloçev şəhərinin Rusiya tərəfindən atəşə tutulması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
İntepress.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən məlumat yayıb.
Bildirilib ki, şəhərin atəşə tutulması nəticəsində 2 nəfər ölüb. Yaralanan 6 nəfərdən biri 11 yaşlı uşaqdır.