Rusiyanın daha bir vilayətində miqrantlara taksidə işləmək QADAĞAN EDİLDİbackend

Rusiyanın daha bir vilayətində miqrantlara taksidə işləmək QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kursk vilayətində miqrantlara taksidə işləmək qadağan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Kursk vilayətinin qubernatoru Roman Starovoit hökumətdə keçirilən operativ iclasda miqrantların taksi sənayesində işləməyə cəlb edilməsinə qadağa qoyan qərar imzalayıb.

O, analoji qərarların digər sənaye sahələrində də verilə biləcəyini deyib.

Regional qubernatorun qeyd etdiyi kimi, Rusiyanın bəzi regionlarında qabaqlayıcı təhlükəsizlik tədbiri kimi miqrantların müəyyən fəaliyyət növləri ilə məşğul olmasına qadağalar qoyulub.

Ötən həftə rayon rəhbəri telegram kanalında abunəçilərindən taksidə işləyən miqrantlara qoyulan məhdudiyyətləri dəstəkləyib-dəstəymədiklərini soruşmuşdu. Sorğuda 42 mindən çox insan iştirak edib. Seçicilərin 82%-i belə bir qadağanın tətbiqinin tərəfdarı olub.

Roman Starovoit əlavə məhdudiyyətlər tətbiq etmək üçün tabeliyində olanlara bölgədəki miqrantlarla bağlı vəziyyəti təhlil etməyi tapşırıb.

“Biz çoxlu miqrant cəlb etmirik, lakin bəzi sənaye sahələrində problemlər yarana bilər”, – deyə region rəhbəri bildirib.

Xuraman Etibarlı

İnterpress.az