Ameriaknın Türkmənistandakı yeni səfiri ABŞ-nin Qarabağ danışıqları üzrə xüsusi nümayəndəsinin müavini olubbackend

Ameriaknın Türkmənistandakı yeni səfiri ABŞ-nin Qarabağ danışıqlarI üzrə xüsusi nümayəndəsinin müavini olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Türkmənistandakı yeni səfiri Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələr üzrə danışıqlar üzrə xüsusi nümayəndəsinin müavini olub.

İnterpress.az xəbər verir ki, mayın 2-də ABŞ Senatı (Konqresin yuxarı palatası) Elizabet Rudun ABŞ-nin Türkmənistandakı səfiri təyin edilməsini təsdiqləyib. ABŞ-nin Türkmənistandakı yeni səfiri əvvəllər keçmiş SSRİ ərazisindəki münaqişələrlə bağlı danışıqlarda iştirak edib.

Bundan əvvəl o, ABŞ-nin Moskvadakı səfirinin müavini olub. Rudun xidməti siyahısına həmçinin daxildir:

ABŞ səfirinin Tbilisidəki müavini;

ABŞ Dövlət Departamentinin Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin rəhbəri;

ABŞ-nin Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələr üzrə danışıqlar üzrə xüsusi nümayəndəsinin müavini;

ABŞ-ın Kabildəki səfirliyində siyasi məsləhətçi.

Rude fransız, rus, alman, puştu, dari və gürcü dillərində danışır. ABŞ prezidenti Bayden 2023-cü il avqustun 3-də onun Aşqabaddakı səfir vəzifəsinə namizədliyini irəli sürüb.

Xuraman Etibarlı

İnterpress.az