Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşları Rusiya Federasiyasına girişdə saxlanılır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya “Teleqram” kanalları məlumat yayıb.
Bildirilib ki, özbək miqrantların da sərhədi keçməkdə problem yaşadığı barədə məlumatlar var. Mərkəzi Asiyadan olan minlərlə miqrantın Rusiya hava limanlarının keçid məntəqələrində növbələri yaranıb.
Hazırda Mərkəzi Asiya ölkələrindən Rusiyaya gələnlərin hamısının rəqəmsallaşdırılması və filtrasiyası üzrə işlər aparılır.
Qeyd edək ki, Qırğızıstan və Tacikistan Xarici İşlər Nazirlikləri öz vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.
Tacikistan məsələ ilə bağlı Rusiyaya nota da verib. Özbəkistan XİN isə vətəndaşlarının RF sərhədini keçən zaman problemlərlə qarşılaşması barədə yayılan məlumatları təkzib edib.