HƏMAS İsraillə danışıqlarda Türkiyənin iştirakının tərəfdarıdır.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Ordusu Radiosu məlumat yayıb. Radio xəbər verir ki, HƏMAS İsraillə danışıqlarda Türkiyənin iştirakını istəyir.
“HƏMAS nümayəndələri atəşkəs danışıqları zamanı Türkiyə dövlətinin də razılaşmanın təminatçısı kimi əlavə olunmasını tələb ediblər”, – Radio bildirib.
HƏMAS və İsrail arasında tezliklə sülh sazişi imzalana bilər. HƏMAS Fələstin xalqı adından Türkiyəni zamin seçir.
İsrail tərəfində isə ABŞ olacaq.
Xuraman Etibarlı
İnterpress.az