Alen Simonyan: Sülh sazişinin bağlanması prosesi tezliklə başa çatmalıdırbackend

Alen Simonyan: Sülh sazişinin bağlanması prosesi tezliklə başa çatmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesi çox tezliklə başa çatmalıdır.

İnterpress.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan mayın 6-da jurnalistlərə Azərbaycan və Ermənistan XİN başçılarının Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşünə toxunaraq bildirib.

O qeyd edib ki, bu saziş 2023-cü ilin sonunda da imzalana bilərdi.

Xatırladaq ki, mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək.