İran bölgədəki iranpərəst qruplar vasitəsilə İsrailə təzyiqləri artırır.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb. İran İslam Respublikasına sadiq qrupların köməyi ilə İsrailə təzyiqləri artırmağa çalışır.
Kanal yazır ki, bu məqsədlə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı qüvvələrinin komandanı Sepah-e-Qods Qaani mayın əvvəlində gizli şəkildə Livan və İraqa səfər edib.
Son bir həftədə İraqdakı iranyönlü qrupun İsrailə qarşı hücumlarla bağlı bəyanatları daha tez-tez artıb. Hesabatların əhəmiyyətli bir hissəsi təsdiqlənməsə də, qalanları realdır ki, bu da əvvəlki dövrlərlə müqayisədə eskalasiyanı nümayiş etdirir.
Xuraman Etibarlı
İnterpress.az