Antalyada “Corendon Airlines” təyyarəsinin eniş zamanı qabaq təkəri partlayıb və ön şassisi ilə yerə enməli olub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Antalyanın Köln-Alanya reysini həyata keçirən “Corendon Airlines” təyyarəsi eniş zamanı ön təkəri partlayıb və ön şassisi ilə yerə enib.
Hadisə nəticəsində ölən və yaralananların olmadığı məlum olub.
Xatırladaq ki, ötən gün ABŞ-nin “FedEx” yük şirkətinə məxsus “Boeing 767” tipli təyyarəsi də şassisinin açılmaması səbəbindən İstanbul Hava Limanında qəzalı eniş edib.
Xuraman Etibarlı
İnterpress.az