Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir.
İnterpress.az-ın xəbərinə görə, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur:
“Amma buna baxmayaraq YAP bütün seçkilərə yalnız seçki ərəfəsində yox, seçkilər arası müddətdə də prosesə hazırlıq aparır”.”Report”