Rusiyanın Belqorod şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində səkkiz nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə 112 teleqram kanalı mənbəyə istinadən bildirib.
Qeyd olunub ki, Ukraynaya qarşı müharibədə yaralanmış Rusiya hərbçilərini daşıyan təcili tibbi yardım maşını “Toyota” “Pejo” markalı avtomobillərə çırpılıb.
Səkkiz nəfərin xəsarət aldığı qəzada o cümlədən üç hərbi qulluqçu, iki feldşer yaralanıb.
Faktla bağlı araşdırma aparılır.