Bakıda Türkiyə vətəndaşı ölüb.
İnterpress.az xəbər verir ki, hadisə Səbail rayon, Üzeyir Hacıbəyov küçəsi, ev 7 mənzil 27-də qeydə alınıb.
Türkiyə vətəndaşı, 1947-ci il təvəllüdlü Orhan Mustafa oğlu Yılmazın meyiti aşkarlanıb.
İlkin məlumata görə, Orhan Yılmazın ürək çatışmazlığından ölməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır./APA