Yan Borqa MƏKTUB: “Bu, Qarabağı könüllü tərk edən ermənilərin növbəti hoqqalarıdır” – ŞƏRHbackend

Yan Borqa MƏKTUB: “Bu, Qarabağı könüllü tərk edən ermənilərin növbəti hoqqalarıdır” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda keçirilən mitinqlər zamanı ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqa Qarabağdan köçənlər adından məktub verilib. Hesab edirəm ki, bu ermənilərin növbəti hoqqalarıdır. Həm Ermənistanda, həm də onun dəstəkçisi olan xarici ölkələrdə Qarabağdan köçənlərin geri qayıtmaq fikrində olmadıqlarını yaxşı başa düşürlər.

Bu fikirləri Qarabağı könüllü tərk edərək Ermənistana köçən ermənilərin İrəvanda olan ATƏT-in fəaliyyətdə olan sədr Yan Borqa Qarabağa qayıtmaq tələbi ilə məktub təqdim etmələrinə münasibət bildiriən politoloq Əlimusa İbrahimov İnterpress.az-a açıqlamasında bildirib.

“Baş nazir Nikol Paşinyan dəfələrlə öz çıxışlarında Qarabağdan gələnlərin həm daxili resurslar hesabına, həm də xaricdən gələn maliyyə resursları vasitəsi ilə artıq lazım olan səviyyədə yaşayış yeri və maddi resurslarla təchiz olunması barədə bəyanat verib.

Ermənistanın xarici donorları bu məqsədlə yardım ayırmaqda hələ də davam edirlər. Adambaşına 12 min ABŞ dolları həcmində birdəfəlik vəsait ayrıldığı da məlumdur. Deməli, Ermənistan hökuməti Qarabağdan köçənlərin Ermənistranda məskunlaşması üçün lazım olan hər şeyi edir. Digər tərəfdən Azərbaycan da öz növbəsində oradan gedən erməniləri Azərbaycan vətəndaşlığını qəbul edərək geri qayıtmaları üçün bütün qapıların açıq olduğunu həmişə bəyan edir.

Belə olan halda Ermənistandakı son qarşıdurma zamanı mitinq iştirakçılarının Qarabağdan köçənlərin adından manipulyasiya etmələrini növbəti hoqqabazlıqdan başqa heç cür adlandırmaq mümkün deyil”, – siyasətçi qeyd edib.

Onun sözlərinə görə, ermənilərin etiraz aksiyaları faydasız olacaq, Paşinyanın devriməsinə gətirib çıxarmayacaq.

“Bu mitinqlərin və aksiyaların uğur qazanacağına gəlincə buna da skeptik yanaşıram. Yəni son 4 ildə Paşinyana qarşı daha ciddi nümayişlər təşkil olunub. Lakin onların heç biri uğur qazanmayıb.

Bu etirazların da nəticəsiz qalacağını düşünürəm. Ermənistanda son mitinqlərin də Qarabağ erməni klanının rəhbərləri Sarkisyan-Koçaryan cütlüyü tərəfindən təşkil olunduğunu bilirlər. Bu cütlüyə nifrət hamıya məlumdur”, – politoloq vurğuayıb.

Xuraman Etibarlı

İnterpress.az