İrəvan polisi hökumət əleyhinə etiraz aksiyalarında iştirak edən ASALA terror təşkilatının üzvü Hambik Sasunyanı saxlayıb.
İnterpress.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, H.Sasunyan naməlum istiqamətə aparılıb.
Xatırladaq ki, o, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətlində ittiham edilərək əfv hüququndan yararlanmaq qadağası ilə ömürlük azadlıqdan məhrum edilib.
2016-cı ildə isə Kaliforniya Məhkəməsi Hambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb.
Qərarın təsdiqi Kaliforniyanın qubernatoruna həvalə edilib.
Üç il davam edən müzakirələr nəticəsində sözü gedən qərar 2019-cu ilin dekabrında icra olunub.