İran Sistan və Bəlucistan əyalətlərinin bölünməsini nəzərdən keçirir.
İnterpress.az xəbər verir ki, bu barədə bəlucların teleqram kanalı məlumat yayıb. Bildirilir ki, İran parlamenti ölkənin cənubundakı Sistan və Bəlucistan əyalətinin müxtəlif adlarla 4 əyalətə bölünməsi təklifini müzakirə edir.
Qeyd edilir ki, bununla yanaşı, “10 milyon insanın köçürülməsi” və Sistan və Bəlucistan sahillərinin başqa əyalətlərə köçürülməsi məsələlərinə baxılır.
Bəluclar bunu “Bəlucistan sahillərinin işğalı” adlandırır və onların mövcudluğu üçün təhlükədən narahatdırlar.
Mənbə yazır ki, son vaxtlar “Bəlucistan sahillərinin bütün yerlərində tikilən böyük qəsəbələrin sayı kəskin artıb”.
Sünni bəlucilərin yaşadığı Sistan və Bəlucistan əyaləti tez-tez hökumət əleyhinə nümayişlər və rejim təhlükəsizlik qüvvələri ilə toqquşmalarla seçilən İranın ən böyük etiraz mərkəzidir.
Xuraman Etibarlı
İnterpress.az