Azərbaycan XİN Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıbbackend

Azərbaycan XİN Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla birgə mətbuat konfransında rəsmi Bakının Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıb.

İnterpress.az xəbər verir ki, nazir qeyd edib ki, 2024-cü ildən intensiv danışıqlar başlayıb.

“Münxendə, Berlində, Almatıda tərəflər arasında danışıqlar aparılıb. Gözləntilərdə realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”, – nazir deyib.

Bununla belə C.Bayramov Ermənistanla sülh sazişi üçün Azərbaycanın şərtlərini də açıqlayıb:

“Sənəddə sülh sazişi ilə bağlı açıq məqamlar, bir müddətdən sonra yenidən müzakirə mövzusuna çevriləcək məsələlər yer almamalıdır”.