İsrailin işğalında iştirak edən HƏMAS silahlıları Qəzza zolağının mərkəzində məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu Qəzza zolağının mərkəzindəki Nuseyrat bölgəsində HƏMAS-ın hərbi qərargahına hədəfli zərbə endirib. 15 yaraqlı məhv edilib, onlardan 10-u HƏMAS-la əlaqəlidir.
Qərargahın sektorda İsrail ordusu qoşunlarına qarşı hücumların planlaşdırılması üçün istifadə edildiyi və yaraqlıların təşkilatın 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumunda iştirak etdiyi qeyd edilir.
Xuraman Etibarlı
İnterpress.az