Bu dərmanları qəbul edənlər sürücülük hüququndan məhrum ediləcək və cərimələnəcək – SİYAHIbackend

Bu dərmanları qəbul edənlər sürücülük hüququndan məhrum ediləcək və cərimələnəcək – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maşın sürməzdən əvvəl “Maxicold”, “Teraflu”, “Antigrippin” və ya hətta əfsanəvi “Zvezdoçka” qəbul edərək avtomobillərindən istifadə edən rusiyalı sürücülər sürücülük hüququndan məhrum edilə və 30 min rubl (təxm. 555 man) cərimələnə bilərlər.

İnterpress.az xəbər verir ki, Rusiya Federasiyasının Səhiyyə Nazirliyi reseptsiz satılan dərmanların siyahısını dərc edib. İnternetdə dərmanların siyahısı yayılıb. Qəbul edildikdən sonra avtomobil idarə etmək qadağandır, lakin siyahı yalnız məlumat məqsədi daşıyır.

Bu dərmanlardan sonra avtomobil idarə etməməlisiniz. Siyahıda 74 dərman var. O cümlədən “Suprastin”, “Karitin”, “Trialgin”, “Spazmalgon”, “Ketanov”, “Solpadein”, “Corvalol”, “Fervex” və s.

Tam siyahı şəkillərdə var.

Xuraman Etibarlı

İnterpress.az