Misir İsrailin Rəfahla bağlı təklifini RƏDD ETDİbackend

Misir İsrailin Rəfahla bağlı təklifini RƏDD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir Rəfah keçid məntəqəsini İsraillə birgə idarə etmək planlarını rədd edib.

İnterpress.az xəbər verir ki, bu barədə Misir təhlükəsizlik xidmətindəki mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Misir Qəzza zolağı ilə sərhəddə yerləşən Rəfah keçidini və onun sonrakı idarəçiliyini yenidən açmaq üçün İsrailin koordinasiyalı fəaliyyət təklifini rədd edib.

İsrailin təklifi İsrail qoşunlarının çıxarılmasından sonra sərhəd postunun idarə olunması mexanizmini ehtiva edirdi. Lakin Misir israr edir ki, Rəfah keçidinə nəzarət yalnız Fələstin hakimiyyəti tərəfindən həyata keçirilməlidir.

İsrailin Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) nümayəndələri bu planı mayın 15-də Qahirəyə səfəri zamanı İsrailin Rəfahda hərbi əməliyyatlara başlamasından sonra iki ölkə arasında artan gərginlik fonunda təqdim ediblər.

Xuraman Etibarlı

İnterpress.az