Macarıstan Avropa Şurasının Ukraynanın sülh planına alternativin olmaması ilə bağlı qətnaməsinə veto qoyub.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Peter Sijarto bildirib.
““Şura bu gün yalnız və müstəsna olaraq prezident Zelenskinin sülh planını nəzərdən keçirilməli və dəstəklənməli olan sülh formulu kimi tanımaq istədiyi bir qətnamə qəbul etmək istədi.
Bu, bizim üçün qəbuledilməzdir.
Digər ölkələr də sülh planları hazırlayıblar və Ukrayna prezidentinin planından heç də pis deyil.
Mən xahiş etdim ki, başqa sülh planları da Avropa Şurasının qətnaməsinə salınsın. Bu, səs çoxluğu ilə rədd edildi. Ona görə də Şuranın qərarı olmasın deyə veto qoydum”, – deyə, o, öz qərarını müdafiə edib.
Bundan əlavə, Siyarto “Rusiya Federasiyası ilə real sülh danışıqlarına” başlamağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az